AZ

Barıt çəlləyinə dönən İrəvan: çevriliş baş tutacaqmı? - ŞƏRH

“Rusiyanın “5-ci kolon”u ayaq üstədir. Artıq erməni kilsəsi də ora daxil olub. İkinci Qaregin başda olmaqla kilsə ölkənin qarışdırılmasında aparıcı rol oynayır. Qaregini də təlimatlandıran deyilənlərə görə Robert Köçəryandır. Serj Sərkisyan isə müalicə adı altında Almaniyaya qaçıb”.



Bunu Bakupost.az -a açıqlamasında politoloq Qabil Hüseynli Ermənistandakı etiraz aksiyaları haqda danışarkən deyib.

O, Paşinyanın bu aksiyaların qarşısını çox sərt şəkildə alacağını bildirib:

“Mənə elə gəlir ki, hökumət özünü qoruyur. Bunlar sülhyaratma prosesinə ciddi əngəl yaratmağa çalışan, hətta Fransada Rusiyanın çağırışlarını yerinə yetirən bir sürü səfil adamlardır. Heç onlara din xadimi də demək olmaz. Paşinyan nə etməlidir? Yolundan azanı yoluna qaytarmalıdır. İrəvanda bir qrup adamlar hökumətin əleyhinə qalxıb, qanuni prosesin - anklav torpaqların qaytarılmasına etiraz edirlər. Bu səbəbdən də hökumət asayiş qüvvələrini işə salıb. İndiyənə qədər dəymirdi, toxunmurdu, amma bundan sonra belə olmayacaq. Mitinqə cəhd edənlər, xüsusən onun təşkilatçıları məsuliyyətə cəlb ediləcəklər".

Politoloq Robert Köçəryanın üzərində cinayət işi olduğunu da diqqətə çatıdırıb:

“Köçəryanın üzərində dörd cinayət işi var. Mənə belə gəlir ki, bu cinayət işləri Köçəryan xəstəliyini bəhanə gətirdiyi üçün dayandırılmışdı. Amma o, bundan sui-istifadə edib aranı qızışdırır. Zənnimcə, Köçəryanın üzərindəki cinayət işi davam etdiriləcək, ayağa qalxanları sakitləşdirəcəklər”.

Q.Hüseynli bu aksiyalarla Paşinyanı devirməyin mümkünsüz olduğunu bildirib:

“Avropa Paşinyanın arxasında dayanıb. O, Rusiyayla da dil tapdı. Həm də Ermənistan əhalisi onun arxasındadır. Bu adamın reytinqi 60 faizə yaxındır. Paşinyan rüşvət almır, demokratik azadlıqları verib. Onun vaxtında Ermənistanda maddi rifah ən azı beş dəfə artıb. Bəzi Avropa ölkələrindən alınan məhsulların Rusiyaya təkrar ixracı nəticəsində ölkənin xəzinəsinə də xeyli pul axır. Avropa Birliyi də Ermənistana ciddi kömək edir. Bunlar daha nə istəyirlər?! İkinci Qareginin var-dövləti və kefi Paşinyanın var-dövlətindən və kefindən də dəfələrlə artıqdır”.

Vasif Əlihüseyn
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla