AZ

Qurban Yetirmişli: Cəbrayılda seysmik stansiyanın quraşdırılması üçün sənədləşdirmə işləri aparılır

Qurban

Bakı, 10 may, AZƏRTAC

Şuşa ətrafında seysmoloji stansiyasının quraşdırılması üçün müəyyən işlər bitib. Yalnız abadlıq işləri və stansiyanın quraşdırılması qalıb. Stansiya bizə Türkiyənin AFAD qurumu tərəfindən hədiyyə olunub. O quyudibi stansiya olacaq. Azərbaycanda 100 metr dərinlikdə quraşdırılacaq dördüncü stansiya olacaq.

AZƏRTAC xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.

"Bundan sonra Cəbrayılda həmin işlərin aparılması nəzərdə tutulur. Hazırda sənədləşdirmə, torpaq ayrılması və sair işlər görülür. Əvvəllər orada stansiya var idi. Sonra Füzuli, Kəlbəcər, Xankəndi, Laçında - azad olunmuş bütün ərazilərdə kompleks tədqiqatlar aparılacaq. Orada stansiyalar da qurulacaq, əhali köçdükcə işlə də təmin olunacaq və kadrlar da hazırlanacaq", - deyə Q.Yetirmişli bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq