AZ

Çinin Macarıstan səfəri nə vəd edir?

Çinin baş katibi Si Tsinpinin Fransa və Serbiyadan sonra Macarıstana səfər etməsi dünya ölkələrində bir çox suallar yaradıb.

Ednews euronews-a istinadən xəbər verir ki, rəsmi Pekinin Macarıstan səfəri, bu ölkənin Çin üçün "Qərb qapısı" adlandırılmasına yol açıb.

Qeyd edək ki, Çinlə Macarıstan arasında ciddi iqtisadi razılaşmalar əldə edilib. Beləliklə, Çinin Budapeştə avtomobil ixracı artacaq və Avropaya edilən ixrac buradan həyata keçiriləcək.

Çinin "Bir Kəmər-Bir Yol" layihəsinə dəstək verən Macarıstanın baş naziri Viktor Orban, Serbiya vasitəçiliyi ilə Çin bazarının Avropada genişlənməsinə şərait yaradacaq.

Bu, Aİ tərəfindən "narahat edici" Çin təsiri kimi adlandırılıb.

Fərid

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla