AZ

Putin: "İHA-lar bizim əsgərlərimizin üzərində milçək kimi uçur"

Putin: "İHA-lar bizim əsgərlərimizin üzərində milçək kimi uçur"



 11:18 10.05.2024     200

Kreml sarayında Ukraynadakı qarşıdurmalarda xidmət edən bölmələrin komandirləri ilə görüş keçirən Rusiya prezidenti Vladimir Putin Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) səbəbindən rus əsgərlərinin çətin vəziyyətə düşdüyünü bildirib.

Demedia.az xəbər verir ki, Rusiya müdafiə naziri Sergey Şoyqunun da iştirak etdiyi toplantıda Putin Ukraynadakı əməliyyatların uğurlu keçməli olduğunu və bu məqsədlə hərəkət etdiklərini bildirib.

 “Ölkənin inkişafı üçün bütün nailiyyətlərimizin əsasını təşkil edən iqtisadiyyat, sosial sahədə, Rusiyada ailələrin möhkəmləndirilməsi, səhiyyə və təhsil sahələrində mühüm vəzifələrimiz var. Bütün bu vəzifələrin tam şəkildə yerinə yetirilməsini təmin etmək üçün hər cür imkanımız var”.

Rus komandirlər Rusiya ordusunun təxminən bir ildir ki, PUA-lardan geniş şəkildə istifadə edərək Ukraynaya cavab verdiyini, PUA-ların Rusiya ordusunda daha geniş istifadə edilməsi üçün istehsal və inkişaf işlərinin artdığını bildirib.

Putin rus əsgərlərinin cəsarət və qəhrəmanlıqla döyüşdüyünü də ifadə edərək, “Qələbə qazanacağımıza şübhəm yoxdur” deyib.

Bahadur Seyidov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla