AZ

Paşinyandan araqarışdıran keşişlə bağlı qərar: Proses başladı

İrəvanda hakimiyyət əleyhinə aksiya keçirən keşiş Baqrat Qalstanyan barəsində istintaq başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

“İstintaq orqanları və Korrupsiyaya qarşı Mübarizə Komitələri Baş nazir Nikol Paşinyanın göstərişi ilə ciddi işləyir, müxalifətə qarşı cinayət işləri başlatmağa çalışır. Prioritet hədəf keşiş Baqratdır. Yepiskopa qarşı istintaq prosesinə başlayıblar, davam edib-etməmək barədə müzakirələr aparırlar”, - nəşr yazır.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
1
Mənbələr
Şərh ()
Bağla