AZ

Vaşinqton Tbilisiyə ultimatum verdi

Hurriyyet.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin mətbuat katibi Mettyü Miller gündəlik brifinqdəki çıxışı zamanı Gürcüstan hökumətinin siyasi kursunu dəyişdirməli olduğunu bəyan edib. 
Miller deyib: "Biz qanun layihəsinə etiraz edənlərə qarşı görülən tədbirlərlə və onun təsdiqi istiqamətində atılan addımlarla bağlı dərin narahatlıq hissi keçiririk. Biz vətəndaş cəmiyyəti nümayəndələrinə, müxalifət fəallarına və jurnalistlərə qarşı təqib və fiziki gücdən istifadə hallarının artması ilə bağlı məlumatlardan xəbərdarıq. Biz bunu pisləyirik və dərhal hərtərəfli araşdırmanın aparılmasına çağırırıq”.
Millerin sözlərinə görə, ABŞ Gürcüstanla qarşılıqlı əməkdaşlığı davam etdirməyə hazırdır: “Lakin Gürcüstan hökuməti bunun üçün kursunu dəyişməlidir”.

Hürr Tərcüman

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
5
hurriyyet.az

6Mənbələr