AZ

Ulu Öndər HEYDƏR ƏLİYEVin yaratdığıirs tükənməzdir – PROFESSOR ŞAHLAR ƏSGƏROV

Bu  gün  Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin  görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 101 ili tamam olur. Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi, istedadı onun müstəqil Azərbaycan kimi əsərini ortaya qoydu. Bu yolda o, tək deyildi. Azərbaycanın görkəmli ziyalıları hər zaman Ulu Öndərə  dəstək olmağı bacardı. Bu ziyalılardan biri də dərin düşüncə adamı, azərbaycanlı professor, ictimai-siyasi xadim, əməkdar elm xadimi Şahlar Əsgərovdur. 

xxx

-Şahlar müəllim,  10 may müasir Azərbaycanımızı vahid amal ətrafında birləşdirən Ulu Öndər Heydər Əliyevin 101 illik yubileyidir. Siz Milli Liderimizin ən öncül çiyindaşlarından birisiniz. Belə ki, o dövrün ən ağrılı-acılı illərində siz öz ziyalı mövqeyinizi ortaya qoyub Ümumimilli Liderin yanında oldunuz. Müstəqil Azərbaycan yaşadıqca, ulu öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır. Heydər Əliyev Azərbaycanın sözün əsl mənasında xilaskarı  və çağdaş dövr tarixinin qurucusumüəllifidirOnu iki-üç cümlə ilə ifadə etmiş olsanızhansı fikirləri deyərdiniz?

-Mən öz fikrimi illər öncə "Yeni Azərbaycan" qəzetinə (1.04.95) müsahibə verərkən demişdim ki, onun gəlişi messiyadır. Yəni  nicatverici, xilaskar, qurtuluşçu. 

-Ümummilli Lider Heydər Əliyevin qanlı 20 yanvar  hadisələrindən sonra vətənə qayıdışını və o zamankı Ayaz Mütəllibov hakimiyyəti dövrünü necə səciyyələndirirsiniz?

-20 yanvar  hadisələri zamanı Heydər Əliyev Moskvada yaşayırdı və onun Bakıya gəlişinə A.Mütəllimov tərəfindən qadağa qoyulmuşdu. Bu qadağa Moskvanın da ürəyincə idi.

-1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış, Yeni Azərbaycan Partiyasının "qızıl fondu" elan olunmuş  91 nəfər tanınmış ziyalılarından, yəni "91 lər"dən birisiniz. Dövri mətbuatda verdiyiniz müsahibələrdə o dövrü xatırlayarkən siz, "Biz "91" lər ciddi təzyiqlərlə qarşılaşırdıq. Naxçıvana YAP-ın təsis konfransına gedəndə üç-üç, dörd-dörd gedirdik. Hamımız bir təyyarə ilə uçmadıq, çünki təyyarəni partlada bilərdilər", ifadəsini demisiniz, O təhlükəli, mürəkkəb günləri necə xatırlayırsınız?

-"91- lər"ə qarşı təqiblər azalmayıb. Bir neçə siyasi güç mərkəzləri onları indi də sıxırlar. Heydər Əliyev ilində (2023) Heydər Əliyevin kommunist dövrü gen-bol təbliğ edildi. Ulu öndərin ikinci hakimiyyəti dövründə onun yanında olan YAP -da sədrə müavinlik edən insanlardan heç biri göstərilmədi. Gedib rayonlarda kimi isə tapıb soruşurlar, ancaq M.Ələsgərov, S.Təbrizli,  A.Rəhimzadə, Dilarə Seyidzadə, S.İmamverdiyev yada düşmədi.

-Bu qədər çətinliklərə sinə gərmək istəyi ancaq Vətən sevgisindən irəli gələ bilərdi. 91 Vətən Sevdalısından biri olaraq deyə bilərsinizmi, sizləri bu qədər əzmli, yolundan dönməz olmağa hansı məhəbbət və hansı amallar vadar etmişdi?

-Mən 90-cı illərə qədər, bir müddət Danimarkada, yarım ilə qədər Finlandiyada elmlə məşğul oldum. Onda dərk etdim ki, azad ölkə nə deməkdir. İstəyirdim ki, Azərbaycan da azad olsun. Əsas səbəb bu idi.

-Siz Ulu Öndər Heydər Əliyevin söylədiyi müdrik kəlamlar və fəlsəfi fikirlərini toplayaraq, 1997-ci ildə üç kitab ("Müstəqillik yolu", "Aforizmlər" və "Quotations, Aforizmi, Aforizmlər") çap etdirən ilk ziyalısınız. Onun xatirinizdən silinməyən kəlamlarından bir neçə sitat deyə bilərsinizmi?

-Heydər Əliyevin dərin fəlsəfi düşüncəyə malik rəhbər olduğunu mən bir neçə il öncə hiss etdim. 90-cı illərin ortalarında Şamaxı- İsmayıllı  yolayrıcında bir şüar var idi: "Yol - iqtisadiyyat, mədəniyyət, bir sözlə həyatdır". İmza H.Əliyev yazılmışdı. Düzü əyridən seçə bilməyən M.Qorbaçov Heydər Əliyevi zorən  təqaüdə göndərəndən sonra  cümləyə dəymədilər, ancaq H.Əliyev sözünü sildilər. Bu qısa cümlədə böyük hikmət yatır. İkinci diqqətimi cəlb edən fikri, "91-lər"in məktubuna cavabda oxudum: "Əgər hər bir ölkənin vətəndaşları öz hüquqlarını anlayarsa və qoruya bilərsə, onda ən kiçik məmləkətlər böyük dövlətlər belə qədər qüdrətli olar".    

Heydər Əliyev təkrarçılığı sevməzdi. Müstəqilliyi beyinlərə yerləşdirmək məqsədi ilə "Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir, sarsilmazdır" sözlərini   dönə - dönə təkrar edirdi.   Filosof prezident Heydər Əliyevin fəlsəfi fikirləri yüzlərlədir:                                                                                            

 "Ən böyük şəxsiyyət özündən çox mənsub olduğu cəmiyyəti düşünən, onun varlığının və xöşbəxtliyinin qorunması yolunda həyatını verən insanlardı".  Və ya: "Həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər bir kəs özü seçir"

-Ulu  Öndər H.Əliyev elə bir şəxsiyyət və lider olmuşdur ki, onun irsinin öyrənilməsi və təbliği ümumdövlət, ümumxalq işidir və bunun üçün elmi tədqiqat institutlarına və xüsusi akademiyaya ehtiyac var. Yüksək milli-əxlaq nümunəsi olan Ümummilli Liderimizin fenomenal irsi və mənalı həyat yolunun fəal təbliği bu gün xüsusi əhəmiyyət kəsb edir. Gənc nəsli, uşaq və yeniyetmələri milli, mənəvi, əxlaqi dəyərlərimizə sevgi ruhunda tərbiyə etmək üçün biz Heydər Əliyev şəxsiyyətinə müraciət etməliyik və bu dahi insanın həyatının əbədi milli örnək kimi uşaq və yeniyetmələr arasında daima geniş təbliğ olunmasına çalışmalıyıq. Sizcə bu yöndə nə kimi addımların atılması müasir zamanımızda daha vacibdir?

- Fikirlərinizdə haqlısınız. Heydər Əliyevin yaratdığı irs tükənməzdir və iki hissədən ibarətdir: maddi və mənəvi irs. Ulu Öndərin irsini bir üzüyə bənzətsək, maddi irs uzüyün həlqəsi, mənəvi irs isə üzüyün qaşıdır. Təəssüf ki, uzük tərıflənir, onun qiymətli hissəsi olan  qaş yaddan çıxarılıb. Ancaq bilmək lazımdir. Zaman maddi irs aşılaya bilir, ancaq mənəvi irsi aşılaya bilmir. Biz dünyaya Ulu Öndərin mənəvi irsini yaymalıyıq. Bunun üçün "Heydər Əliyev İnstitutu"-na ehtiyac böyükdür.

-YAP Ağsaqqallar Şurasının Üzvüsünüz.  Bu yöndə bu gün də böyük əzmlə, yorulmadan fəaliyyətinizi davam etdirirsiniz. Bu istiqamətdə fikirləriniz və gördüyünüz işlər barədə oxucuları məlumatlandıra bilərsinizmi?

-Ağsaqqalar Şurasından öncə  mən "91-lər"dən biri və həmin məktubu təşkil edənlərdən biriyəm. İstəyim budur ki, Ulu Öndəri Bülənt Ecevit kimi əhaliyə tanıdım. Ecevit deyir: "Heydər Əlirza oğlu min ildə bir doğulan dahilərdəndir". İnanıram ki, Heydər Əliyevi Ecevit kimi tanıtsam  ölkədə siyasi müxalifət olmaz.

-Şahlar Əsgərov üçün Azərbaycan dövləti hansı mənanı kəsb edir?

-Otuz il öncə "Keçid dövrünə fəlsəfi baxış"kitabımda dövləti yan- yana qoyulmuş üç qutu kimi modelləşdirmişdim. Birinci qutuya ölkənun maddi və intellektual potensialı tökülür. İkinci qutu potensialı arzuya çevirən  mexanizmdir.Uçüncü qutuda isə xalqın xoşbəxt yaşama arzusudur. 

-Hörmətli Şahlar müəllim,  qalib Azərbaycana, qalib xalqımıza, müzəffər Ali Baş Komandan, YAP sədri, Prezident İlham Əliyevə arzunuz nədir, ümumiyyətlə nə demək istəyərdiniz?

- Müzəffər Ali Baş Komandan, YAP sədri, Prezident İlham Əliyev çox çətin və tarixi bir problemimizi həll etdi. Möcüzə yaratdı. Qarabağ azaddır, Şuşa azaddır, Xankəndində Azərbaycan bayrağı dalğalanır. Füzulidən təyyarələr həm Qərbə, həm də Şərqə uçur. Prezidentimizə uğurlar diləyirəm. Allahdan ona kömək arzulayıram.

Son olaraq qeyd edirəm: "Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir, sarsılmazdır". Yaşasın Müstəqil Azərbaycan.

Aynur TURAN

ONNmedia

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla

Reytinq