AZ

Heydər Əliyev onu “yaraşıqlı oğlan” adlandırırdı: “Nəsimi” filminə baxandan sonra deyib ki...

“Heydər Əliyev ilk dəfə “Nəsimi” filminə baxandan sonra deyib ki, bu oğlandan muğayat olun. Məni “yaraşıqlı oğlan” adlandırırdı. Ulu öndərdən o qayğını həmişə hiss etmişəm. Onun mənim ünvanıma səsləndirdiyi bu sözlərdən sonra arxayınçılıq yox, məsuliyyət hissi yaranıb. Tək məndə yox, bütün sənət adamlarında. Hər kəs bilirdi ki, o bütün teatr tamaşalarının premyeralarına gəlib, aktyorlarla söhbət edir. Filmlər haqda müzakirələr edirdik, aktyorlar haqda. Ona görə də hamı məsuliyyətli olurdu”
 
Bunu Moderator.az-a açıqlamasında AKİ-nın sədri, xalq artisti Rasim Balayev deyib. O daha sonra əlavə edib.
“Ulu öndər Heydər Əliyev hakimiyyətə 1969-cu ildə gəldi. O illərdən başlayaraq 2000-ci ilə qədər Azərbaycan kinosu qaynar bir həyat, fəaliyyət yolu keçdi. Çoxlu filmlər çəkildi, ələxsus da tarixi filmlər. 70-ci ildən sonra kənd təsərrüfatında da, sənayedə sahəsində də dirçəliş başladı. O vaxt belə bir qayda var idi, keçici qırmızı bayraqlar. Bu bayraqları hər il Azərbaycan alırdı. Hətta müttəfiq respublikalar paxıllıq da edirdilər ki, hər il Azərbaycan alır. Bütün bunlarla bahəm həm də ədəbiyyat, sənət, tarix sahəsi inkişaf etdi. Bizdə Şərq-Qərb kinofestivalı keçirilirdi. Rusiyadan 80 adam, ələxsus da onların nəhəng aktyoru Aleksey Batalov gəlmişdi. Heydər Əliyev 10 dəqiqə Azərbaycan kinosundan danışdı. Hamı təəccüb etdi. Aleksey Batalov demişdi ki, Heydər müəllim, siz kinostudiyada işləmisiz? Dedi ki, yox. Yenidən sual verdi ki, bəs bütün bunları hardan bilirsiniz? O operatorları relslərin üstündə aparan fəhlədən tutmuş, filmlərdə tüstü verənə qədər hər şeyi bilirdi. Bunu yalnız kino sahəsinə aid olan şəxs bilə bilərdi. Ədəbiyyata, incəsənətə xüsusi hörməti var idi. Bütün nazirləri, vəzifəli adamları Filarmoniyaya yığırdı ki, simfonik musiqiyə qulaq assınlar. Bizim musiqimiz öz yerində. Ulu öndər deyirdi ki, simfonik əsərləri başa düşməlisiz. O hər kəsi insanın formalaşmasına, dünyagörüşünə görə hazırlayırdı. Rəhmətlik Tofiq Quliyevlə dostluq edirdi. Yadımdadır yubileyində ona necə böyük dəyər verdi. Bütün sənət adamlarının, həmçinin də mənim qayğılarımla məşğul olurdu. Allah ona rəhmət etsin. Xalqımız Heydər Əliyevi hər zaman xatırlayacaq” deyə sənətkar bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq