AZ

Azərbaycanın qadın güləşçiləri lisenziya turnirində mübarizəyə başlayırlar

Azərbaycanın

Bakı, 10 may, AZƏRTAC

Bu gün Azərbaycanın qadın güləşçiləri Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində mübarizəyə başlayacaqlar.

AZƏRTAC xəbər verir ki, “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışın ikinci günündə yığmanın 5 üzvü xalça üzərinə çıxacaq.

Mariya Stadnik (50 kiloqram) 1/8 finalda Menq Hsieh (Çin Taypeyi) / Aintzane Qoni (İspaniya) cütünün qalibini sınağa çəkəcək.

Təsnifat mərhələsindən yarışa qoşulacaq Gültəkin Şirinova (53 kiloqram) Laura Avilanı (Kuba), Alyona Kolesnik (57 kiloqram) Ramona Qalambosu (Macarıstan), Ruzanna Məmmədova (62 kiloqram) Anastasiya Qriqoryevanı (Latviya), Elis Manolova (68 kiloqram) isə Nikol Parradonu (Kolumbiya) sınağa çəkəcək.

Qeyd edək ki, hər çəkidə ilk 3 yeri tutan (yarımfinalda və bürünc medalçılar arasında keçirilən görüşdə qalib gələnlər) güləşçilər Olimpiadaya lisenziya qazanacaqlar. Ötən gün Azərbaycanın yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kiloqram), Rafiq Hüseynov (87 kiloqram) və Sabah Şəriəti (130 kiloqram) “Paris-2024”də vəsiqəni təmin ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
1
Mənbələr
Şərh ()
Bağla