AZ

Övladları dövlət himayəsinə verilən ata: "Qanlı şəkilləri WhatsApp statusunda paylaşdım" - VİDEO

Övladları dövlət himayəsinə verilən ata: "Qanlı şəkilləri WhatsApp statusunda paylaşdım" - VİDEO

Türkiyənin Adana şəhərində övladlarının dövlət himayəsinə verilməsi ilə bağlı mübahisədən sonra həyat yoldaşını, qayınanasını və baldızını bıçaqlayaraq öldürən, qayınatasını isə yaralayan şübhəlinin ifadəsi məlum olub.

Sonxeber.az xarici mediaya sitinadən xəbər verir ki, məhkəmədə ifadəsində huşunun yerində olmadığını bildirib.

"Hadisə ilə bağlı ancaq mətbəxdən bıçaq götürməyi xatırlayıram. O vaxt mən özüm deyildim. Qanlı fotoları çəkib WhatsApp hesabımda 'status' olaraq paylaşdım. Ancaq bunu şüurlu şəkildə paylaşmadım. Öldürmək niyyətində deyildim, böyük səhv etdim" deyə ifadəsində vurğulayıb.

Məhkəmə qərarı ilə cinayətkar həbs edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
sonxeber.az

1Mənbələr