AZ

“Komandam “trebl” etməyə layiqdir” – Xabi Alonso

“Avropa Liqasının finalına yüksəldiyimiz üçün şadıq. Bir həftə ərzində iki final oynamalıyıq”.

Msport.az xəbər verir ki, bu sözləri Almaniyanın “Bayer” klubunun baş məşqçisi Xabi Alonso deyib.

İspaniyalı mütəxəssis “Roma” ilə 2:2 hesablı heç-heçə etdikləri yarımfinal matçında xarakter göstəridiklərini bildirib: “Matçdan sonra futbolçularımın gözlərinin içinə baxdım və gördüm ki, daha çoxunu istəyirlər. Üç titul qazanmaq şansımız var. Komandam “trebl” etməyə layiqdir”.

Qeyd edək ki, “Bayer” Avropa Liqasının finalında “Atalanta” ilə qarşılaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla