AZ

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb

Braziliyada

Bakı, 10 may, AZƏRTAC

Braziliyanın cənubundakı Rio Qrande-du-Sul əyalətində on gündən çox davam edən güclü yağış və daşqınlar nəticəsində ölənlərin sayı 107-yə yüksəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının açıqlamasında bildirilir. Mülki Müdafiə Agentliyinin son hesabatına əsasən, təbii fəlakətdən 1 milyon 476 mindən çox insan zərər çəkib, 136 nəfər itkin düşüb.

Rio Qrande-do-Sul ştatının qubernatoru Eduardo Leyte baş verən fəlakəti bölgə tarixindəki ən dəhşətli faciə adlandırıb.

Xatırladaq ki, 2023-cü ildə ekstremal hava şəraiti regionda 100-dən çox insanın ölümünə səbəb olmuşdu.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla