AZ

“Ermənistana sülh hava ilə su kimi lazımdır“ - Elşən Manafov

"Ermənistan iqtidarına Azərbaycanla sülh müqaviləsinin imzalanması artıq hava ilə su kimi lazımdır".

Politoloq Elşən Manafov bunu News365.az-a açıqlamasında deyib.

"Alma ata" görüşündə Azərbaycanla Ermənistan arasında münasibətlərin nizama salınması istiqamətində növbəti uğurlu addımın atıla biləcəyini istisna etməzdim. Bu bir sıra amillərlə əlaqədardır. Əvvəla Ermənistan iqtidarına Azərbaycanla sülh müqaviləsinin imzalanması artıq hava ilə su kimi lazımdır. Çünki Qərbdən Ermənistana olan vədlərə, bəlli dəstəyə baxmayaraq həmin dəstəyin müqavilində Ermənistanın Rusiyanın nüfuz dairəsindən tam mənada çıxması üçün dəstək kifayət etmir. Digər tərəfdən Ermənistan iqtidarının Rusiya ilə münasibətlərində gərginliyin artığını görürük. Çünki bu günlərdə Paşinyan dəvətli olduğu halda Rusiya prezidentinin and içmə mərasiminə qatılmadı, eyni zamanda digər MDB dövlət başçılarından fərqli olaraq Moskvada faşizm üzərinə qələbənin 1979-cu illəri ilə bağlı tədbirlərə də qatılmaq fikirində olmadı"-deyə vurğulayıb.

Vəfa Vəliyeva,  News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
news365.az

1Mənbələr