AZ

Türkiyə TikTok-u cərimələdi - 97 MİN DOLLAR!

TikTok Türkiyə rəsmiləri tərəfindən cərimələnib.

Qırğızıstanda TikTok-a - QADAĞA QOYULACAQ

FED.az xəbər verir ki, Türkiyə rəsmiləri TikTok-u istifadəçilərin məlumatlarının qeyri-qanuni işlənməsindən qorumaq üçün kifayət qədər tədbirlər görmədiyi üçün 1,75 milyon lirə (93 min dollar) cərimələyib.

Türkiyənin məlumatların mühafizəsi orqanı həmçinin öz internet saytında dərc etdiyi bəyanatda TikTok-un xidmət şərtlərini türk dilinə tərcümə etməli və məxfilik mətnlərini ölkə qaydalarına uyğun olaraq yeniləməli olduğunu bildirib.

Qarşı tərəfdən TikTok, Türkiyə tənzimləyicisi tərəfindən tətbiq edilən cəzanı nəzərdən keçirdiklərini və istifadəçilər üçün təhlükəsiz və qorunan bir platforma təmin etməyə sadiq olduqlarını bildirdi.

Statista-nın məlumatlarına görə, Türkiyə sosial media platformasında 30 milyona yaxın hesabla TikTokdan ən çox istifadə edən 9-cu ölkədir.

Qeyd edək ki, Avropa və Kanadanın dövlət qurumları bu proqramı işçilərin telefonlarında qadağan edib. ABŞ prezidenti TikTok-u qadağan etməklə bağlı qanun layihəsini müzakirə edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla