AZ

Kəşfiyyat mübarizəsində “qırmız çizgilər” keçildi – Qeyri-adi GİZLİ CASUSLAR

“ABŞ Rusiya şirkətləri ilə əməkdaşlıq edən üçüncü ölkə şirkətlərinin sayını artırıb, Vaşinqtonda hər ay yeni siyahılar dərc olunur. ABŞ-nin Pekindəki səfiri Nikolas Börns bildirib ki, Vaşinqton Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları pozan 31 Çin şirkətinə sanksiya tətbiq edib. Səfir bu şirkətlərin Rusiyanın hərbi və mülki təyinatlı aerokosmik və istehsal avadanlıqlarının hazırlanmasında və tədarükündə rolunun olduğunu iddia edib”.

Medianews.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, ABŞ Çinin “Wuhan Global Sensor Technology”, “Wuhan Tongsheng Technology” şirkətlərini Rusiyaya hərbi məqsədlər üçün optik məhsullar və sensorları, həmçinin bu ölkənin “Tulun International Holding” şirkətini pilotsuz uçuş aparatlarında istifadə edilən Qlobal Naviqasiya Peyk Sistemlərini (GNSS) satmaqda ittiham edərək sanksiya tətbiq edib.

Politoloqun sözlərinə görə, Çinin ABŞ-ni sarsıtmağa yönəlmiş kibercasusluq hücumları ilə bağlı amansız kampaniyada “qırmızı çizgiləri” keçdiyi iddia edilib: “Çin istehsalı olan liman kranlarından “casus kranları” kimi istifadə etməsi və onun dağıdıcı “Volt Tayfun” kiberhücum kampaniyası üzə çıxıb. Kəşfiyyatçı yük kranlarının istehsalçısı Şanxayda yerləşən şirkətdir. Həmin şirkətin kranları Birləşmiş Ştatlardakı böyük limanlarda istifadə edilib. Məlum olub ki, həmin kranlar kameralar və qabaqcıl internet bağlantısı ilə təchiz olunub. Bu kameralar gizli casus rolunu oynayıb. Digər tərəfdən kranlarda quraşdırılan texnoloji vasitələr ABŞ limanlarındakı müxtəlif əməliyyatları pozmağa imkan verib. Bir müddət əvvəl ABŞ-ın “The Wall Street Journal” qəzetinə adını açıqlamayan mənbə bildirmişdi ki, liman kranları “Troya atı”dır, çünki onlar yüklənmiş konteynerlərin mənşəyini və təyinat yerini təyin edə bilən sensorlarla təchiz olunub”.

E.Şahinoğlu deyib ki, Çin kəşfiyyat məlumatları toplamaq məqsədilə ABŞ-nin hava məkanına hava şarları da göndərib: “Bu şarların aşkarlanması bir ara iki ölkə arasındakı münasibətləri gərginləşdirmiş, qarşılıqlı səfərlərin təxirə salınmasına səbəb olmuşdu. ABŞ təhlükəsizlik strukturları Çin istehsalı olan kranlarda casus şəbəkələrini aşkarladıqdan sonra həmin kranların istifadəsindən imtina edilib. ABŞ Yaponiya istehsalı olan kranlara üstünlük verərək, bunların alışına təxminən 20 milyard dollar xərcləmək məcburiyyətində qalıb”.

Vüqar MƏMMƏDOV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
1
Mənbələr
Şərh ()
Bağla