AZ

Nikaraqua 50 milyard dollarlıq kanal layihəsini ləğv etdi

Yazını böyüt
Yazını kiçilt

Nikaraqua Sakit Okeanla Atlantik Okeanını birləşdirməyi planlaşdıran Çinin dəstəklədiyi kanal layihəsini ləğv edib.

Hafta.az-ın “Tico Times”a istinadən yazdığına görə, Nikaraqua Milli Assambleyasında dünən keçirilən sessiyada Honq-Konqda yerləşən HK Nicaragua Canal Development Investment şirkətinin sahibi çinli iş adamı Vanq Cinqə verilən icazələr ləğv edilib.

50 milyard dollarlıq layihə çərçivəsində Nikaraqua üzərindən bir kanalın açılması və bu xətt vasitəsilə okeanlararası ticarətin həyata keçirilməsi planlaşdırılırdı.

Layihə icazəsi şirkət sahibi Vanqa 2013-cü ildə verilib. Birinci mərhələdə icazənin daha 50 il müddətinə uzadıla biləcəyi bildirilib. 2014-cü ildə kanalın tikintisinin təməlqoyma mərasimi keçirilsə də, layihədə heç bir irəliləyiş əldə olunmayıb.

Bildirilib ki, icazələrin ləğvi təklifini parlamentə Nikaraqua prezidenti Daniel Orteqa təqdim edib. Milli Assambleyanın sədr müavini Raquel Dikson "daim dəyişən milli və beynəlxalq mühiti nəzərə alaraq belə bir qərar qəbul etdiklərini" bildirib.

278 kilometr uzunluğundakı kanal, xüsusilə ölkənin əsas təmiz su ehtiyatlarından biri olan Nikaraqua gölünə zərər verə biləcəyi narahatlığı ilə ekoloqlar və elm adamlarının reaksiyasına səbəb olmuşdu.

Aktivistlər həmçinin gölü yarıya bölən kanal yolunun fermerlər və yerli əhali də daxil olmaqla təxminən 120 min insanın torpaqlarını itirməsinə səbəb olacağını müdafiə ediblər.

2014-cü ildə minlərlə insan Orteqa administrasiyasının torpaqları qanunsuz zəbt etdiyini əsas gətirərək genişmiqyaslı etiraz aksiyaları keçirib. Layihəyə rəhbərlik edən çinli iş adamı Vanq, kanal marşrutu boyunca torpaqları olan hər kəsə torpaqları müqabilində lazımi ödənişlərin veriləcəyini vəd edib.

Orteqa administrasiyası etirazlara sərt cavab verib və fermerlərin aksiyasını təşkil edən 3 nəfər “çevriliş cəhdi” ittihamı ilə ümumilikdə 585 il həbs cəzasına məhkum olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla