AZ

Rusiyalı milyarderlər aktivlərini ölkələrinə qaytarırlar

Yazını böyüt
Yazını kiçilt

Qərbin sanksiyalarına məruz qalan rus milyarderlər yavaş-yavaş aktivlərini vətənlərinə köçürməyə başlayıblar.

Hafta.az-ın yazdığına görə, bu, əsasən, Kipr və İsveçrənin təsisçiləri və ya faydalananları Rusiya vətəndaşları olduqda, ailə fondlarının idarə edilməsi üçün xidmətlərin göstərilməsini dayandırması ilə əlaqədar idi. Anonimlik şərti ilə iki rusiyalı milyarderin “Bloomberg”ə verdiyi məlumata görə, aktivlərini Rusiyaya keçirən zaman sahibkarlar aktivlərinin dövlət tərəfindən özəlləşdirilməsi riski ilə üzləşirlər.

Agentliyin həmsöhbətləri bildiriblər ki, hazırda yalnız Rusiyada bizneslə məşğul olmağa məcburdurlar. Onlar dövlətin onların aktivlərini özəlləşdirə biləcəyi ehtimalını düşünməməyə çalışırlar. Sanksiyaya məruz qalan və aktivlərini Rusiyaya köçürən başqa bir sahibkar bildirib ki, hazırda Rusiyada həyatını qurmağa çalışır.

“Bloomberg”in qeyd etdiyi 26 milyarderin orta yaşı 63, ümumi sərvəti isə 350 milyard dollar civarındadır. Yaşına görə milyarder sərvətini varislərinə necə ötürəcəyini planlaşdırmalıdır. Agentlik iddia edir ki, iqtisadiyyatın və biznesin bütün sahələrinin inkişafı bu insanların hansı ölkədə və konkret olaraq necə ediləcəyi qərarından asılıdır.

Bundan əlavə, bəzi rusiyalı milyarderlər sərvətlərinin əhəmiyyətli bir hissəsini açıqlanmayan yerlərdə nağd pul şəklində saxlayırlar. Agentlik onların arasında “PhosAgro” holdinqinin keçmiş rəhbəri Andrey Quryev və “Lukoyl”un əsas səhmdarı Vahit Ələkbərovun da adını çəkib.

Rusiyanın uzun müddətdir ki, milyarderlərinə miraslarını köçürmələri üçün daha əlverişli şərait yaradaraq “geri qaytarmağa” çalışdığını yazan “Bloomberg”, ölkədə vərəsəlik vergisinin olmadığını, həmçinin miras fondları haqqında qanunun olduğunu bildirir. Bu özəl fondlar öz aktivlərini və ya mənfəətlərini avtomatik olaraq varislərə paylamaqla sərvətlərin gələcək nəsillərə ötürülməsini asanlaşdırır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla