AZ

Məşhur aktrisa "Qadın Rokki" rolunda

Yazını böyüt
Yazını kiçilt

Hollivud ulduzu Sidney Svini məşhur romantik komediya “Anyone But You” və “İmmaculate” qorxu filmindən sonra yenidən yüksək sürətə keçir.

Hafta.az-ın “Deadline”a istinadən yazdığına görə, HBO-nun mükafatlı "Euphoria" serialı ilə şöhrət qazanan aktrisa "Animal Kingdom" və "The King" kimi filmləri ilə tanınan David Mayçodun yeni layihəsində rol alacaq.

Hələ adı açıqlanmayan layihə yenilikçi boksçu Kristi Martinin hekayəsindən bəhs edəcək.

Bioqrafik film Martinin necə 1990-cı illərdə Amerikanın ən məşhur qadın boksçusu və hətta filmin prodüserlərinin dediyi kimi, “qadın Rokki”yə çevrilməsinin əsl hekayəsindən bəhs edəcək.

Təbii istedadlı döyüşçü olan Martinin həyatı 1989-cu ildə onun meneceri və daha sonra əri olacaq Cim Martinlə tanış olduqdan sonra dəyişib.

Martin məşhur promouter Don Kinqlə müqavilə imzalayan ilk qadın və məşhur “Sports Illustrated” jurnalının üz qabığında görünən yeganə qadın boksçu olub.

Xarizması və gözəlliyi ona həvəsli azarkeş kütləsi qazandırıb, rinqdəki dözümlülüyü isə onu ağır çəkidə çempionluğa aparıb. Bununla belə, o, zəhərli əlaqələr və şəxsi həyatında bir çox problemlərlə mübarizə aparırdı.

“Euphoria” və “The White Lotus” serialının ulduzu Svini “Deadline”a deyib: "12-19 yaşlarım arasında kikboksinqlə məşğul oldum. Rinqə qayıtmaq, məşq etmək və bədənimi dəyişdirmək üçün can atırdım. Kristinin hekayəsi yüngül deyil, fiziki və emosional cəhətdən çətin hekayədir. Daşımaq çox ağırdır, amma özümə meydan oxumağı xoşlayıram".

Döyüş dünyasına həvəsli olduğunu bildirən 26 yaşlı Svini sözlərini belə davam etdirib: “Kristi Martin gender stereotiplərinə qalib gəldi və emosional, fiziki və maliyyə zorakılığına qarşı mübarizə apardı. Kristinin hekayəsi onun zirvəyə inanılmaz yüksəlişinə işıq tutur, eyni zamanda şöhrətin pərdəarxası mübarizəsini göstərir. Çox çətinliklərlə üzləşən və bunun onu məğlub etməsinə imkan verməyən bir qadın haqqında hekayə danışmağa məcbur oldum. Bu güclü və emosional hekayədir”.

Emmi mükafatına namizəd olan amerikalı aktrisa İnstaqramda gələcək rolunu təsdiqləyən “Deadline”nin məqaləsinə keçid paylaşaraq “Kristinin güclü hekayəsini danışmaqdan şərəf duyduğunu” söyləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla