AZ

75 yaşlı kişi arvadını öldürdü: "Xərcim çox çıxırdı"

Yazını böyüt
Yazını kiçilt

72 yaşlı arvadını öldürən amerikalı bu qətli onun müalicə xərclərini ödəyə bilmədiyi üçün törətdiyini bildirib.

Hafta.az-ın “New York Times”a istinadən yazdığına görə, ABŞ-ın Missuri ştatında yaşayan Ronnay Uayqqs bazar ertəsi keçirilən məhkəmə iclasında dializdə olan həyat yoldaşı Ellen Uayqqsı öldürdüyünü etiraf edib.

Məhkəmə sənədlərinə görə, qətlə görə mühakimə olunan 75 yaşlı Ronni cümə günü Kanzas Sitidəki Centerpoint Tibb Mərkəzində dializdə olan arvadını boğaraq öldürüb.

Xəstəxana rəsmiləri Ellenin boynunda qızartı və qançırlar gördüklərini bildiriblər. Yaşlı qadının təcili tibbi yardıma aparıldığı, bütün müdaxilələrə baxmayaraq həyatını xilas etmək mümkün olmadığı bildirilib.

Bəzi xəstəxana işçiləri Ronnayın binadan çıxdığını və "Mən etdim, bəli, onu öldürdüm. Onu boğaraq öldürdüm" dediyini eşitdiklərini iddia ediblər.

Bildirilib ki, Ronni polisə verdiyi ifadədə cinayətini etiraf edib. Müvafiq olaraq, Ronni böyrək çatışmazlığından əziyyət çəkən həyat yoldaşına əlavə qayğı göstərə, xəstəxana xərclərini ödəyə bilməyəcəyini və Elleni buna görə öldürdüyünü söyləyib.

Ronni daha əvvəl iki dəfə həyat yoldaşını öldürməyə cəhd etdiyini də bildirib. O, polisə ifadəsində həyat yoldaşının bir müddət reabilitasiya mərkəzində müalicə aldığını və orada yatarkən onu öldürməyə cəhd etdiyini deyib. Lakin Ronni arvadının yuxudan oyandığını və onu dayandırdığını bildirib.

Daha sonra başqa xəstəxanaya köçürülən Elleni yenidən öldürməyə çalışdığını bildirən Ronni bunda da uğursuz olduğunu bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla