AZ

İşə qəbulda Tarot falından istifadəyə edirlər

Yazını böyüt
Yazını kiçilt

Rusiyada bütün sektorlar kadr çatışmazlığı ilə mübarizə apararkən, şirkətlərin işçiləri işə götürərkən nəzarət prosedurlarını sərtləşdirdiyi xəbərləri də var.

Hafta.az-ın “Kommersant”a istinadən yazdığına görə, istifadə edilən üsullara yalan detektorları, tarot kartları və falçılar daxildir.

Qəzet yazıb ki, bu üsullardan daha çox maddi məsuliyyət tələb edən və ya rəhbər vəzifələrə işə qəbul zamanı istifadə olunur. Xəbərdə işçi namizədlərinin yalan detektorlarının istifadəsindən anlayışlı olduqları, ancaq tarot və falçılıq kimi üsullara təəccüblərini gizlədə bilmədikləri bildirilir.

SuperJob insan resursları xidmətinin sorğusuna əsasən, işəgötürənlərin 36 faizi kadrların işə götürülməsində poliqrafiyadan yararlanmağı faydalı hesab edir. İşçilər arasında bu nisbət 67 faizdir.

"Kommersant" həmçinin bəzi şirkətlərin işə qəbul imtahanları keçirmək üçün astroloqları işə götürdüyünü bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
Mənbələr
Şərh ()
Bağla