AZ

Çin və Macarıstanın əməkdaşlığı nəyə HESABLANIB?

Çin və Macarıstan əməkdaşlığı genişləndirir, lakin detalları açıqlamır.

 

Viral.az “Deutsche Welle”yə istinadən xəbər verir ki, Çin sədri Si Tsinpin Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə danışıqlar aparıb. 

 

O, Avropa turnesini Macarıstanda davam etdirib. Siyasətçilər iki ölkə arasında “hərtərəfli strateji tərəfdaşlıq” haqqında razılığa gəliblər və “çoxsaylı hökumətlərarası sazişlərin” imzalandığını bəyan ediblər.

 

Qeyd olunub ki, bu “hərtərəfli strateji tərəfdaşlığın” konturları kifayət qədər qeyri-müəyyən olaraq qalır. Orban bəyan edib ki, iki ölkə gələcəkdə nüvə sənayesində əməkdaşlıq etmək istəyir. Pekin Budapeşt ilə Belqrad arasında Çin kreditləri hesabına maliyyələşən 350 kilometrlik dəmir yolu xətti çəkir, Macarıstanın özündə isə elektromobillər və akkumulyatorlar istehsalı üçün böyük zavodlar fəaliyyət göstərir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
1
Mənbələr
Şərh ()
Bağla