AZ

“Paşinyanın Putinlə görüşünü Paşinyanın uğuru kimi qiymətləndirmək olar“ - Politoloq

"Rusiya ilə Ermənistan arasında münasibətlər son iki ildə sərinləşib və son bir ildə ciddi şəkildə pisləşib".

Politoloq Oqtar Qasımov bunu News365.az-a açıqlamasında deyib.

Son yarım ilə diqqət etsək görərik ki, qarşılıqlı şəkildə bir-birini ittiham edəcək, yaxud sərt mesajlar səviyyəsində açıqlamalar görməkdəyik. Bunun əsas səbəblərindən biri Ermənistanın Rusiyanın təhlükəsizlik zolağından uzaqlaşdı və təhlükəsizlik təminatını Qərbdə axtarası oldu. Bu səbəblə Paşinyan Putinlə görüşə başlayarkən son görüşdən keçən təxminən 4 ay yarım müddətində müakirə olunacaq xeyli məsələlərin olduğunu diqqətə çatdırdı. Vladimir Putin də mətbuara bildirdi ki, onların ticarətlə, iqtisadi məsələlərlə bağlı müzakirə ediləcək xeyli məsələ var, o cümlədən regional təhlükəsizliklə bağlı. Bu görüşü Paşinyanın uğuru kimi qiymətləndirmək olar. "- deyə əlavə edib. 

Vəfa Vəliyeva, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla