AZ

Bu qəbzlər zəhərli imiş - DİQQƏTLİ OLUN - VİDEO

Bu qəbzlər zəhərli imiş - DİQQƏTLİ OLUN - VİDEO

Alış-verişdən sonra ödənişin qəbzini "ƏDV"ni geri almaq üçün götürürük. Həmin qəbzlər bəzən uzun müddət evimizdə qalır. İddia olunur ki, bu qəbzlərin üzərindəki yazılar zərərli maddədən hazırlanıb. Yəni əgər qəbz uzun müddət evdə qalırsa, təhlükə saçır.

Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı "ATV Xəbər"in əməkdaşları araşdırma aparıb. Sorğu zamanı verilən cavablardan görünür ki, vətəndaşlarda bu kağızların təhlükə saçdığından xəbərdardır. Bir çoxları bu qəbzləri tez bir zamanda istifadə edir, daha sonra onları zibilliyə atır. Lakin aralarında 2-3 həftə saxlayanlarda var.

Bəs sözügedən çeklər insan orqanizmində hansı fəsadlar yaradır?

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, kassa aparatlarında istifadə olunan termo kağızlar təhlükəlidir. Həmin kağızların istifadə olunmasında bisfenoldan istifadə olunur. Onunda iki növü var: A və S. Bisfenol üzvi birləşmədir

"İstehlakçılar bəzən kağızları yığıb saxlayırlar. Bu olmaz. Həmin kağızlar islanarsa və insan əli ilə təmasda olarsa, bisfenolun miqdarı 10 dəfə artır. Bu maddə endokrin sisteminə və insan sonsuzluğuna təsir edə bilər. O cümlədən xərçəng xəstəliyinə gətirib çıxara bilər.

Ətraflı "ATV Xəbər"in süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla