AZ

Netanyahu: "Qəzzada mülki hökumətin yaradılması zəruridir"

"İsrail BƏƏ, Səudiyyə Ərəbistanı və digər ölkələrin köməyi ilə Qəzza zolağında mülki hökumətin yaradılmasını zəruri hesab edir".

İqtisadiyyat.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu "Merit Street Media" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ayrı-ayrı terrorçular anklavda qala bilər, ona görə də onların kökünü kəsmək lazımdır:

“Düşünürəm ki, biz Qəzza zolağını həmişəlik silahsızlaşdırmalı olacağıq, çünki bir terror təşkilatını məhv etsəniz belə, orada hələ də fərdi terrorçular ola bilər. Buna görə də Qəzza xalqı tərəfindən idarə olunan mülki hökumət yaradılmalıdır”.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
Mənbələr
Şərh ()
Bağla