AZ

Baqrtatin “bratı”

Keşiş Baqrat artıq İrəvandadır. Tavuşdan İrəvana qədər olan yürüş dünən paytaxtın Respublika meydanına çatdı.

Baqrat baş nazir Nikol Paşinyana istefa üçün bir saat vaxt verdi, sonra bu vaxtı bir qədər də uzatdı. Amma istefa olmadı və yəqin ki, olmayacaq. Bundan sonra Baqrat Nikol Paşinyannm kənarlaşdırılması prosedurunun parlamentdə həll olacağını dedi.

İmpiçment prosesinin başladığı elan olunub. Amma bu proseduran detalları bəlli deyil.

Etirazçı keşiş insanların dağılışdığını görüb “gedin regionlarda etiraz aksiyası” keçirin çağırışını etdi. Hesab edir ki, bütün Ermənistanı etiraz aksiyaları bürüyəcək və bunu görən Nikol Paşinyan da istefa verəcək.

Hakim elita birmənalı bildirir ki, istefa olmayacaq. Onun da söyləyirlər ki, bu aksiyalarıən arxasında sabiq prezident Robert Köçəryan dayanır. Rusiya Prezidenti Vladimir Putinin dostu Robert Köçəryan.

İrəvanda kçeirilən aksiyalarda reportyorların diqqətini çəkən məqamlardan biri də Ermənmistanın sabiq xarivi işlər naziri Vardan Oskanyanən keşiş Baqratın yanında peyda olması fakti idi.

Vardan Oskanyan elə hey Baqrata məsləhətlər verməkdə olub.

Vardan Oskanyan həmm də Qarabağ ermənilərinin yenidən Azərbaycana qayıtmasına məsul olan komissiyaya başçılıq edir. O hesab edir ki, ermənilər Qarabağa qayıdıb Artsaxı bərpa edəcək.

Vardan Oskanyanın bu utopiyasına inananlar təbii ki, yoxdur. Belə olsaydı onun başladığı bu hərəkatın səsi sorağı dünyanı bürüyərdi. Görünən odur ki, Vadan Oskanyan erməni cəmiyyətində ciddi qəbul olunmur.  

Məsələnin maraqlı tərəfi odur ki, ciddi qəbul olunmayan bir adam indi keşiş Baqrata məsləhətlər verir. Bəlkə də o Baqrata kimlərinsə mesajını çatdırır.

Məşhur atalar misalının bu situasiyayada improvizasiyası yəqin ki, belə səslənərdi: “Brat”ını göstər kim olduğunu deyim...

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla