AZ

“Bayer”dən yeni rekord

“Bayer” yeni rekorda imza atıb.

İdman.biz xəbər verir ki, Almaniya klubu buna məğlubiyyətsizlik seriyasını 49-a çatdırmaqla nail olub.

Xabi Alonsonun yetirmələri Avropa Liqasının yarımfinal mərhələsinin cavab matçında “Roma” ilə heç-heçə edib – 2:2. Bununla da Leverkuzen klubunun seriyası rekord həddə çatıb.

“Bayer” avrokubokların keçirildiyi dövrdə qitənin yeni rekordçusudur. Bunadək ən yaxşı göstərici “Benfika”ya məxsus idi. Portuqaliyalılar 1963-65-ci illərdə 48 oyunda uduzmayıb.

Ümumilikdə isə “Bayer” futbol tarixinin dünyada 4-cü, Avropada 3-cü məğlubiyyətsizliyinin müəllifidir. Şotlandiya “Seltik”i 1915-17-ci illərdə 66, Belçika “Union”u 1933-35-ci illərdə 60 matçda uduzmayıb. Amma həmin illərdə avrokuboklar olmadığından hər iki komanda ancaq daxili arenada gücünü göstərib. Dünya üçüncüsü Misirin “Əl-Əhli” klubu 2004-05-ci illərdə 55 matçda uduzmayıb.

Qeyd edək ki, “Bayer” seriya müddətində 40 qələbə qazanıb və 9 heç-heçə edib.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla