AZ

“Heydər Əliyev və multikulturalizm”

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Heydər Əliyev və multikulturalizm” adlı dəyirmi masa keçirilib. 

Məclisin aparıcısı, AYB-də Multikultura­lizm məsələləri üzrə yeni təyin olunan məsul şəxs, şair Xatirə Fərəcli bildirib ki, dəyirmi masanın təşkili Ulu öndər Heydər Əliyev şəxsiyyətinə, mənəvi irsinə sevgi və diqqətin nümayişidir. O, Heydər Əliyevin multikultu­ralizm dəyərlərinə verdiyi töhfələrdən konk­ret faktlarla söz açıb. 

Tədbirdə iştirak edən AYB-nin katibləri İlqar Fəhmi və “Simurq” Mədəniyyət Assosi­asiyasının prezidenti Fuad Məmmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri, jurnalist Yadigar Məmmədli, Azərbaycan Milli Konservatoriyasının ka­fedra müdiri Firudin Qurbansoy, ölkəmizdə yaşayan milli azlıqların nümayəndələri çıxış­larında Ulu ondərin azərbaycançılıq ideyası­nın təbliğində və yayılmasında gördüyü əhə­miyyətli işlərdən bəhs ediblər. 

Qeyd olunub ki, ölkəmizdə multikul­turalizm modelinin yaradılmasında Heydər Əliyevin xidməti danılmazdır və bu gün Azərbaycan xalqının multikultural ənənələ­rinin qorunması və inkişaf etdirilməsi Pre­zident İlham Əliyevin siyasətində prioritet təşkil edir. Yazıçılarımız da bu mövzuda çoxlu dəyərli əsərlər yaradıblar və inam var ki, bundan sonra da multikulturalizm onların yaradıcılığında aparıcı mövzulardan olacaq.

XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla