AZ

Heydər Əliyev müstəqil Azərbaycanın təhlükəsizliyi üçün əlverişli beynəlxalq fonu təmin etdi - Baş nazir

Bakı. Trend:

Azərbaycanda milli, müstəqil dövlət quruculuğunun Heydər Əliyevstrategiyası zamanın sınağından çıxıb və özünü doğruldub. Prezidentİlham Əliyevin daim bəyan etdiyi kimi, ölkəmizi irəliyə aparan daonun xatirəsinə hörmət və mirasına olan münasibətdir. Heydər Əliyeviki müxtəlif ictimai-siyasi formasiyada Azərbaycana rəhbərlik edibvə hər ikisində də doğma xalqının mənafeyi naminə misilsizfədakarlıqlar göstərib, respublikamızın şöhrətini, nüfuzunuyüksəklərə qaldırıb.

Trend xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov"Azərbaycan" qəzetinə müsahibəsində deyib.

Baş nazir qeyd edib ki, sovet hakimiyyəti dövründə ali siyasirəhbər kimi Ulu Öndər milli qürur hissinin güclənməsini, millişüurun yüksəlməsini sosial-iqtisadi və mədəni həyatın bütünsahələrində vüsətli inkişafın təkanverici qüvvəsi kimi götürərəkonu böyük bir cəsarətlə hərəkətə gətirməyi bacarmışdı.

"Həmin dövrdə respublikada bərqərar edilən əsl işgüzarlıqmühiti, sosial ədalətə əsaslanan sağlam mənəvi-psixoloji ab-havaiqtisadi tərəqqinin yüksək həddə çatmasına, Azərbaycanın keçmişittifaq miqyasında xüsusi nüfuz qazanmasına, hətta beynəlxalqsəviyyədə tanınmasına imkan vermişdi. Əminliklə deyə bilərik ki,indiki siyasi və iqtisadi müstəqilliyimiz, respublikamızınbeynəlxalq münasibətlər sisteminə və dünya iqtisadiyyatınainteqrasiyası ötən əsrin yetmiş-səksəninci illərində Heydər Əliyevtərəfindən qoyulmuş potensiala əsaslanır.

Müstəqillik dövründə isə Ulu Öndərin müəyyənləşdirdiyi daxili vəxarici siyasət, iqtisadi islahatlar xətti bu günədək özünüdoğruldur və gələcəkdə də belə olacaqdır. Heydər Əliyevinazərbaycançılıq ideyası ölkədə ictimai sabitliyi, milli birliyi,xalq-hakimiyyət həmrəyliyini təmin edib. Tətbiq etdiyi xaricisiyasət prinsipləri ölkəni ən ağır zamanlarda beynəlxalqziddiyyətlər burulğanlarından itkisiz ötüşdürə bilib. Ulu Öndərinmüxtəlif iqtisadi və siyasi güc mərkəzləri ilə milli maraqlarauyğun münasibətlər qurması, ölkəmizi qlobal qarşıdurmalar deyil,əməkdaşlıq məkanı kimi tanıtması onu müasir tarixin ən ağırmərhələsinin sarsıdıcı zərbələrindən qoruyub.

Ötən əsrin səksəninci illərinin sonunda Heydər Əliyevin siyasihakimiyyətdən kənarda qaldığı 1988-1993-cü illər ölkəmizin vəxalqımızın ən ağır illəri oldu. Həm daxili siyasətdə, həm xaricisiyasətdə, həm iqtisadiyyatda, həm də Ermənistanın təcavüzü iləəlaqədar hərbi sahədə dərin böhran hökm sürürdü. Yenidən siyasihakimiyyətə qayıdan Ulu Öndər 1993-1995-ci illərdə ümumi böhranınüç tərkib hissəsinin - daxili siyasi, xarici siyasi və hərbiböhranın genişlənməsinin qarşısını aldı. Ölkədə daxili sabitlikyaratdı, xarici siyasi əlaqələri yenidən qurmağa başladı vəmüstəqil Azərbaycanın təhlükəsizliyi üçün əlverişli beynəlxalq fonutəmin etdi.

Hərbi böhranın dərinləşməsinin nəinki qarşısı alındı, hətta1994-cü ilin əvvəllərində uğurlu əks-hücum əməliyyatı keçirilərək,Füzuli rayonunun Horadiz qəsəbəsi, 21 kəndi, Cəbrayıl rayonununCocuq Mərcanlı kəndi düşməndən geri alınaraq, ilk hərbi qələbə əldəolundu və az sonra isə atəşkəs sazişi imzalandı ki, bu daAzərbaycana səfərbər olmaq, güc toplamaq və müasir orduquruculuğuna başlamaq imkanı verdi. Ümumi böhranın üç tərkibhissəsinin aradan qaldırılması nəticəsində iqtisadi böhranındərinləşməsi dayandırıldı, köklü islahatlar vasitəsilə davamlıiqtisadi dirçəlişin təməli qoyuldu", - deyə Ə.Əsədov bildirib.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
150
23
Mənbələr
Şərh ()
Bağla