AZ

Telman İsmayılov haqda yeni cinayət işi: Bir sıra qətllərdə...

Rusiyanın keçmiş milyarderlərindən biri olmuş  “AST Telman” kimi tanınan Telman İsmayılova yeni cinayət işi açılıb.

Gununsesi.info-nun Rusiya mediasına istinadən verdiyi xəbərə görə, iş adamı bir sıra qətillərin iştirakında şübhəli bilinir.

Bildirilir ki, Rusiyanın keçmiş Cerkizovski bazarının sahibi Telman İsmayılovun cinayət işində yeni epizodlar ortaya çıxıb.

İddia olunur ki, Telman İsmayılov Cerkizovski bazarına nəzarəti ələ keçirmək, bazarı genişləndirmək və mənfəətini artırmaq məqsədilə bir sıra qətldə iştirak edib.

Bundan əvvəl müğənni Avram Russonu döyməsinə, habelə sahibkarlar Vladimir Savkin, Yuli Brelyevin sifarişlə qətlinə görə qiyabi ittiham irəli sürülən Telman İsmayılov beynəlxalq axtarışa verilib.

Qeyd edək ki, Telman İsmayılov Rusiyanın sifarişi ilə Monteneqroda həbs edilsə də onu ekstradisiya etməkdən imtina ediblər.


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
6
Mənbələr
Şərh ()
Bağla