AZ

Ulu Öndər Heydər Əliyev və Azərbaycan ədliyyəsi

Müasir, inkişaf etmiş, demokratik Azərbaycan dövlətinin qurucusu və azərbaycançılıq ideologiyasının banisi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci il dönümüdür. Ulu Öndərimiz həyatı boyu həmişə öz xalqının gələcəyini düşünərək qərarlar vermiş, ölkəmizi qarşılaşdığı çətinliklərdən xilas etmək üçün misilsiz xidmətlər göstərmişdir. Bu gün Heydər Əliyevin xidmətlərinə nəzər salsaq görərik ki, Ulu Öndər qarşıya çıxan bütün çətinliklərin öhdəsindən dərin zəkası və inamlı qərarları ilə gələrək, Azərbaycan xalqının taleyində silinməz iz qoymuşdur. O, dahi şəxsiyyət, uzaqgörən lider, həm də təcrübəli dövlət başçısı idi.

Dünya təcrübəsi təsdiqləyir ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından daha çətin prosesdir. Hələ 90-cı illərin əvvəllərində yeni müstəqillik əldə etmiş Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz belə bir mürəkkəb vəziyyətdə xalqın tələbi ilə ikinci dəfə Azərbaycan rəhbərliyə qayıdan Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlikdən sonra cəmiyyətimizin və dövlətimizin həyatında sürətli dəyişikliklər etməklə, quruculuq işlərinə başladı. O, xalqın dəstəyini hiss edərək ölkəmizə ləyaqətlə, sədaqətlə xidmət edərək Azərbaycanı inamla daha da irəliyə apardı. Çətin siyasi hərcmərclik dövründə Ulu Öndərin dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində gördüyü işlər, həyata keçirdiyi islahatlar qısa bir zamanda öz töhfəsini verməyə başladı. Dövlətimizin iqtisadi gücü artmağa başladı. 1994-cü ildə "Əsrin müqaviləsi”nin imzalanması və bu kimi digər layihələrin reallaşması ilə ölkəmizə xarici ölkələrdən sərmayə axını gücləndi. Çünki Ulu Öndər yaxşı bilirdi ki, iqtisadiyyatı güclü olan dövləti heç bir qüvvə yıxa bilməz. Növbəti illərdə neft gəlirləri ilə Heydər Əliyev bütün sahələrdə islahatlar aparmağa, geniş quruculuq işlərinə başladı. Bununla da Azərbaycanın dünya səviyyəsində tanınması, qüdrətli dövlət kimi qəbul edilməsi prosesi zamanın tələbinə çevrildi.

Dahi liderin dediyi kimi güclü və qüdrətli dövlətlərin sarsılmaz təməlində məhz qanunun aliliyi dayanır. Bu gün biz çəkinmədən etiraf edə bilərik ki, Azərbaycanda hüquq islahatlarının banisi məhz Ulu Öndər Heydər Əliyev olmuşdur. Hakimiyyətə gəldikən qısa müdət sonra dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsaslarını təsbit edən müstəqil Azərbaycanın ilk Konstitusiyası ümumxalq səsverməsi ilə qəbul olunmuşdur. Xalqımızın Ümumilli Lideri Heydər Əliyev siyasi fəaliyyətinin bütün dövrlərində qanunun aliliyinə strateji məsələ kimi yanaşmış, hüquq sistemində işlək və çevik mexanizmlər tətbiq olunmuş, ədalət mühakiməsinin səmərəliliyinə və insan hüquqlarının etibarlı təminatına nail olunmuşdur. Müstəqillik dövründə Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanda Konstitusiyamıza əsaslanan təkmil qanunvericilik bazası formalaşdırılmış və hüquq təsisatlarının səmərəli fəaliyyətinə nail olunmuşdur.

Ulu Öndərin Dövlətimizin inkişafı, xalqımızın rifahı üçün əsas olaraq müəyyən etdiyi fəaliyyət istiqamətləri Prezident cənab İlham Əliyev tərəfindən daha da surətləndirilmiş, beynəlxalq münasibətlərin inkişafı tam təmin edilmişdir. Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən 2020-ci ilin sentyabrından başlayaraq 44 günlük Vətən müharibasində, habelə 2022-ci ilin sentyabr ayında antiterror əməliyyatları nəticəsində torpaqlarınmızın işğaldan azad edilməsi təmin edilmiş, bununla da Azərbaycan hakimiyyəti dövlətimizin bütün ərazisində bərpa edilmişdir. Eyni zamanda Qazax rayonunun 4 qeyri-anklav kəndi qan tökülmədən işğaldan azad edilmişdir. Hazırda Azərbaycan müzəffər Dövlət kimi beynəlxalq müstəvidə yeni uğurlu əməkdaşlıqlar qurur, COP 29 kimi nüfuzlu tədbirə ev sahibliyi edir.

Ulu öndər Heydər Əliyevin ədliyyə sahəsində müəyyən etdiyi strategiya və prinsiplər onun xələfi, Prezident İlham Əliyev tərəfindən də layiqli şəkildə davam etdirilməkdədir. Prezident İlham Әliyevin rəhbərliyi ilə son illər ərzində bütün sahələrdə olduğu kimi, eləcə də ədliyyə sahəsində geniş və ardıcıl islahatlar aparılır, ədliyyə sahəsində göstərilən xidmətlərə əhalinin daha asan şəkildə əlçatanlığının təmini məqsədilə ən son innovasiyalar tətbiq olunmuş və ədliyyə sahəsində müasir texnologiyalardan geniş istifadə olunmağa başlanmışdır.

Müasir texnologiyaların imkanlarından uğurla istifadə nəticəsində “Elektron məhkəmə”, “Elektron notariat”, “Əhalinin Dövlət Reyestri” kimi informasiya sistemləri, “Mobil Notariat” tətbiqi yaradılmış və uğurla istifadəyə verilmişdir. Qeyd olunan işlərin uğurlu davamı olaraq, ədliyyə sahəsində göstərilən xidmətlərin bir hissəsi olaraq Azərbaycan notariatı da təkmilləşir, müasirləşir, notariat fəaliyyətinin səmərəliliyinin artırılması, vətəndaş məmnuniyyəti və əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi davam etdirilir. Aparılan sistemli islahatların nəticəsi olaraq bu gün ədliyyə sahəsində göstərilən xidmətlərin əlçatanlılığı və rahatlılığı əhali arasında böyük rəğbətlə qarşılanır və həmin xidmətlərin tam elektronlaşdırılması işləri dayanmadan davam etdirilir. Bütün bunlar Ümumilli Liderimiz Heydər Əliyevin xalqımıza mirası kimi qiymətləndirilməlidir.

Bəylər Məmişov

6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
Mənbələr
Şərh ()
Bağla