AZ

Murad, Rafiq və Sabahdan Paris-2024 açıqlaması

Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycan güləşiləri – Murad Məmmədov, Rafiq Hüseynov və Sabah Şəriəti bu uğuru şərh ediblər.

Arena.az xatırladır ki, Azərbaycan güləşçiləri bu uğura ötən gün Türkiyənin İstanbul şəhərində təşkil olunmuş Dünya Olimpiya Təsnifat Turnirində imza atıblar.

Yunan-Roma güləşçilərimizdən Murad Məmmədov (60 kq) uğurunu belə əsaslandırıb:

“Yarışa çox yaxşı hazırlaşmışdım. Məqsədim Olimpiadaya vəsiqə qazanmaq idi. Qələbəmə inanırdım. Hesabda geri düşməyimə baxmayaraq, özümə əmin idim. Hesabı bərabərləşdirdim, sonra isə önə keçdim. Əvvəl gənc idim, bəzən tələskənliyə yol verirdim. Artıq müəyyən təcrübəyə malikəm. Olimpadada hədəfim qızıl medal olacaq”.

87 kq çəki dərəcəsində mübarizə aparmağın çətinliyini qabardan Rafiq Hüseynov isə bunları dilə gətirib:

“Bu, tək mənim yox, bütün Azərbaycan xalqının qələbəsidir. 87 kq çəki dərəcəsində mübarizə aparmaq çətindir. Bu çəkidə mübarizə aparmaq fərqli idi. Müəyyən səbəblərdən Bakıda keçirilən lisenziya xarakterli turnirdən kənar qalmışdım. Amma İstanbuldakı yarışda özümü göstərə bildim”.

35 yaşlı təcrübəli güləşçi Olimpiya oyunlarına ciddi hazırlaşacaqlarını bildirib: “Qarşıda bizi güləş üzrə U-23 Avropa Çempionatı gözləyir. Biz təcrübəli idmançılar gənclərə dəstək olmalıyıq. Daha sonra Paris-2024 Yay Olimpiya Oyunları başlayacaq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Düşünürəm ki, bu mənim karyeramda son Olimpiada olacaq”.

Yunan-Roma güləşi üzrə yığmamızın “ağır artilleriya”sı sayılan Sabah Şəriəti (130) isə uğuru barədə bunları söyləyib:

“Şükür Allaha, yaxşı güləşdim. Lisenziya qazanıb özümü sübut etdim. Ən çətin görüş Litva güləşçisinə qarşı oldu. İkiqat dünya mükafatçısıdır. Şükür Allaha ki, qələbə qazandım. Paris-2024 mənim üçün son Olimpiada olacaq. Cavan deyiləm ki, bundan sonra Olimpiadada iştirak edim. Bir medalım var. İkinci medal üçün çalışacağam. Bütün gücümü medal qazanmağa yönəldəcəyəm. Demək olar sonuncu olimpiya yarışımdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla