AZ

“Çox rahatam idim, heç bir həyəcanım yox idi"

“Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanacağıma inanırdım”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya təsnifat turnirində “Paris-2024”ə lisenziya qazanan Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov deyib.

60 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı daha əvvəldən bu cür nəticəni əldə edəcəyini inandığı bildirib:

“Çox rahatam idim. Heç bir həyəcanım yox idi. Yarımfinalda geriyə düşsəm də, özünəinam sayəsində hər şeyi dəyişdim.

Azərbaycanı “Paris-2024”də təmsil edəcəyim üçün çox xoşbəxtəm. Fransadakı hədəfim qızıl medaldır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla