AZ

Güləşçilərimizdən “Paris-2024”ə daha 3 lisenziya

Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya təsnifat turnirində Azərbaycanın yunan-Roma güləşçiləri Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) uğurla çıxış edərək Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar.

Murad yarımfinalda rumıniyalı Razvan Arnauta, Rafiq isə gürcüstanlı Laşa Qobadzeyə qalib gəlməklə, Paris Olimpiadasına vəsiqə əldə ediblər. Komandamızın digər üzvü Sabah Şəriəti isə belaruslu Pavel Qlinçuku sonuncu xal prinsipinə əsasən (1:1) məğlub edərək buna nail olub. 

Qeyd edək ki, buna qədər sərbəst güləşçilərimiz olimpiadaya maksimum sayda – 6, “klassiklərimiz” isə 2 lisenziya qazanıblar. 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla