AZ

Zəngəzur dəhlizinin bərpa olunması "Şərq-Qərb" nəqliyyat dəhlizinin tam gücü ilə işləməsinə səbəb olacaq - Əli Əsədov

Bakı. Trend:

Ulu Öndər deyirdi ki, heç bir ölkə, ən böyük bir ölkə də yalnızöz çərçivəsində iqtisadiyyatını inkişaf etdirə bilməz. Dünyamiqyaslı siyasi lider kimi, onun təşəbbüsü ilə həyata vəsiqə alanirimiqyaslı iqtisadi layihələr sırasında "Əsrin müqaviləsi"ninməntiqi davamı olan Bakı-Tbilisi-Ceyhan neft vəBakı-Tbilisi-Ərzurum qaz kəmərləri qlobal əhəmiyyətlilayihələrdir.

Trend xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov"Azərbaycan" qəzetinə müsahibəsində deyib.

Baş nazir qeyd edib ki, bu layihələr Azərbaycan və Gürcüstandasiyasi və iqtisadi dayanıqlılığın təməli rolunu oynayıb, eynizamanda Qazaxıstan neftinin də dünya bazarına nəqli üçün əlavəpəncərə açıb.

"Məhz bu layihələrin davamı olaraq TANAP və TAP kimi kəmərlərinərsəyə gətirilməsi mümkün oldu. Təsəvvür edin ki, Heydər Əliyevinçox böyük zəhmətlə, hətta bir neçə dəfə sui-qəsdə, təhdidlərə məruzqalmaqla, hər hansı xarici maliyyə dəstəyi olmadan təməlini qoyduğuvə Prezident İlham Əliyevin başa çatdırdığı və davam etdirdiyi bulayihələr olmasa idi, Avropanın enerji təhlükəsizliyi ilə bağlıvəziyyət son 3 ildəkindən qat-qat ağır olardı.

Eyni fikirləri avtomobil və dəmir yolları dəhlizi haqda da deyəbilərik. 1998-ci ildə Bakıda "Şərq-Qərb" nəqliyyat dəhlizimövzusuna həsr olunmuş beynəlxalq konfransın təşkil olunması HeydərƏliyevin nə qədər uzaqgörən bir lider olmasının daha bir parlaqtəcəssümüdür. Məhz həmin konfransda 32 ölkənin və 13 beynəlxalqtəşkilatın təmsilçisi "Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinininkişaf etdirilməsi üzrə beynəlxalq nəqliyyat haqqında çoxtərəfliəsas saziş"i imzaladı. Beynəlxalq konfransdan dərhal sonra HeydərƏliyev onun yekunlarına həsr olunmuş iclas keçirərək XXI əsrdəAvrasiyada nəqliyyat dəhlizinin önəminin artacağını böyükuzaqgörənliklə elan etdi və buna hazırlıqla əlaqədar tapşırıqlarverdi. Hazırda Şərqlə Qərbi birləşdirən Orta dəhliz layihəsinəqlobal ehtiyacın artması Heydər Əliyevin zamanı 25 ilqabaqlamasının sübutudur.

Prezident İlham Əliyevin təşəbbüsü, Azərbaycan dövlətinin fəalsiyasi və maliyyə dəstəyi ilə inşa edilən Bakı-Tbilisi-Qars dəmiryolu məhz Heydər Əliyevin uzaqgörən strateji planlarının davamıdır.İndi bu layihələr bütün dünyanın nəqliyyat və iqtisaditəhlükəsizliyində mühüm rola malikdir.

Yeri gəlmişkən, Zəngəzur dəhlizinin bərpa olunması da"Şərq-Qərb" nəqliyyat dəhlizinin tam gücü ilə işləməsinə,beynəlxalq ticarətin rentabelliyinin yüksəlməsinə səbəb olacaq", -deyə Ə.Əsədov qeyd edib

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
12
Mənbələr
Şərh ()
Bağla