AZ

Stadnik və komanda yoldaşlarının Paris-2024 mübarizəsi

Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə Dünya Olimpiya Təsnifat Turniri davam edir.

İdman.biz xəbər verir ki, yarışın ikinci günündə qadın güləşçilər mübarizəyə başlayacaq.

Azərbaycan millisinin 5 üzvü də xalça üzərinə çıxacaq. Paris-2024-ə hələ vəsiqə qazanmayan qadın millimiz son şansdan yararlanmağa çalışacaq. İlk 3 yerin sahibi Olimpiadada iştirak hüququna yiyələnəcək.

Qadın güləşi
50 kq

Olimpiadaların dördqat mükafatçısı Mariya Stadnik yarışa 1/8 finaldan başlayacaq. O, Menq Hsieh (Çin Taypeyi) - Aintzane Qoni (İspaniya) cütünün qalibi ilə görüşəcək.

53 kq
Təsnifat mərhələsində xalçaya çıxacaq Gültəkin Şirinova Laura Avila (Kuba) ilə üz-üzə gələcək.

57 kq
Alyona Kolesnikin təsnifat mərhələsindəki rəqibi Ramona Qalambos (Macarıstan) olacaq.

62 kq
Təsnifat mərhələsindən yarışa start verəcək Ruzanna Məmmədova Anastasiya Qriqoryeva (Latviya) ilə qarşılaşacaq.

68 kq
Elis Manolovanın təsnifat mərhələsindəki rəqibi Nikol Parrado (Kolumbiya) olacaq.

Qeyd edək ki, Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına sərbəst güləşdə 6, yunan-Roma güləşində 5 lisenziya qazanıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
190
1
Mənbələr
Şərh ()
Bağla