AZ

Taksilərin baha olması onlarıda NARAHAT EDİR - VİDEO

Taksilərin baha olması onlarıda NARAHAT EDİR - VİDEO

Xidmət baha, rahatlıq isə yoxdur. Ölkəmizə gələn turistlərin narazı qaldığı bir sıra məqamlar var. Müxtəlif ölkələrdən qonaq gələnlər daha çox nəqliyyatdan gileylənirlər.

Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı "Xəbər Ertəsi"nin əməkdaşları turistlər arasında sorğu keçirib:

"Taksi qiymətləri ürəkaçan deyil. Normalda əgər həmin yolu xidməti taksilər ilə gedirsənsə, qiymət tamam fərqli olur. Yox əgər bu xidmət taksisi deyilsə, bu zaman səni baha qiymət gözləyir".

Taksi sürücüləri isə onlara qarşı səsləndirilən iddiaları əsassız saymırlar. Bunun isə kökündə fərqli amillərin olduğunu bildirirlər:

"İlk olaraq staj olmalıdır. Ən nəhayətində taksi xidmət deməkdir. Onu başa düşən azdır. Ona görə də, zəiflik var".

Digər tərəfdən ölkəmizə gələn qonaqların başqa bir problemi isə bölgələrə gedən nəqliyyat vasitələrinin, daha dəqiq desək qatarların az olmasıdır:

"Düşünürəm ki, Gəncə kifayət qədər böyük şəhərdir. Burada dəmiryol əlaqəsi daha sıx olmalıdır. Bununla da, turistlərə gedib-gəlmək daha rahat olardı. Gündə 1 dəfə çox azdır. Gəncəyə 1 dənə bilet qalmışdı. Bəxtim gətirdi ki, onu ala bildim. Qatarla rayonlara getmək daha rahat və sürətlidir. Avtobus gec gəlir. Qatar relsləri daha çox olmaldır".

Ətraflı "Xəbər Ertəsi"nin süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla