AZ

22 ildən sonra

Almaniya avrokubokların finalında iki komanda ilə təmsil olunacaq.

İdman.biz xəbər verir ki, Çempionlar Liqasının həlledici görüşünə vəsiqə qazanan Dortmund “Borussiya”sının ardınca “Bayer” Avropa Liqasında eyni uğura imza atıb.

Bununla da Almaniya son 22 ildə ilk dəfə finalda iki komanda ilə təmsil olunacaq. Belə hadisə sonuncu dəfə 2001/02 mövsümündə qeydə alınıb.

Maraqlıdır ki, 22 il əvvəl də finalda “Bayer”lə “Borussiya” olub. Həmin vaxt leverkuzenlilər Çempionlar Liqasının, Dortmund təmsilçisi UEFA kubokunun həlledici matçında iştirak edib. O zaman Bundesliqa klublarının ikisi də uduzub.

Qeyd edək ki, ümumilikdə 6-cı dəfə Almaniya klubları həm Çempionlar Liqası, həm Avropa Liqasında final oynayacaq.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
2
Mənbələr
Şərh ()
Bağla