AZ

Premyer Liqa: “Neftçi” bu gün “Kəpəz”i qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 34-cü turunun oyunlarına start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

Turun açılış matçında “Neftçi” “Kəpəz”i qəbul edəcək. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan paytaxt təmsilçisi hazırda 50 xalla 5-ci sırada qərarlaşıb. Gəncəlilər isə 35 xalla 8-ci sıradadırlar və mümkün qədər üst pillələrə çıxmaq üçün mübarizə aparırlar.

“Neftçi” və “Kəpəz” daha öncə çempionat çərçivəsində 58 oyunda üz-üzə gəliblər. Bu görüşlərdə bakılılar 28, gəncəlilər 19 qələbə sevinci yaşayıblar, 11 qarşılaşma bərabərliklə yekunlaşıb. “Neftçi” evdəki son üç oyunda 2 və ya daha çox qol vurub. “Kəpəz” son 7 səfərdə qalib gəlməyib.

Premyer Liqa
34-cü tur

10 may

“Neftçi” – “Kəpəz”
Bakı. “Neftçi Arena”, 19:00.

11 may

“Araz-Naxçıvan” – “Turan Tovuz”
Mərdəkan. “Dalğa Arena”, 17:00.

“Zirə” – “Qarabağ”
Zirə İdman Kompleksi stadionu, 19:30.

12 may

“Qəbələ” – “Sabah”
Qəbələ şəhər stadionu, 17:00.

“Sumqayıt” – “Səbail”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla