AZ

Səudiyyə Ərəbistanının Vəliəhd şahzadəsi Yaponiyaya səfər edəcək

Səudiyyə Ərəbistanının Vəliəhd şahzadəsi və Baş naziri Məhəmməd bin Salman Al Səud may ayının ikinci yarısında Yaponiyanı ziyarət edərək imperator Naruhito ilə görüşəcək və Baş nazir Fumio Kisida ilə danışıqlar aparacaq.

Bu barədə Tokioda keçirilən mətbuat konfransında Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayasi məlumat verib.

"Səudiyyə Ərəbistanının Vəliəhd şahzadəsi Məhəmməd bin Salman Al Səud mayın 20-dən 23-dək Yaponiyaya dövlət səfəri edəcək. Səfər zamanı onu imperator Naruhito qəbul edəcək, həmçinin Baş nazir Kisida da Vəliəhdlə görüşəcək", - o deyib.

"Ümid edirik ki, səfər ikitərəfli münasibətləri gücləndirəcək", - Hayasi əlavə edib.

2025-ci ildə Yaponiya və Səudiyyə Ərəbistanı diplomatik əlaqələrin qurulmasının 70 illiyini qeyd edəcəklər.

Mənbə: report.az

Aqreqator

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
1
Mənbələr
Şərh ()
Bağla