- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Tbilisi, 10 may, AZƏRTAC
“Avropa İttifaqına üzvlük Gürcüstanın xarici siyasətinin əsas prioritetidir. İnanıram ki, Gürcüstan 2030-cu ilə qədər mütləq Avropa İttifaqının (Aİ) tamhüquqlu üzvü olacaq”.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze feysbuk sosial şəbəkəsində yazıb.
Hökumət başçısı deyib ki, Gürcüstan-Aİ münasibətlərinin inkişafı ilə bağlı bütün çətinliklər aradan qaldırılacaq.
“Əminəm ki, bu gün Avropa İttifaqının inkişafı və Gürcüstanla Aİ arasında münasibətlərlə bağlı olan bütün çətinliklər aradan qaldırılacaq. Gürcüstan 2030-cu ilə qədər mütləq təşkilata tamhüquqlu üzvü olacaq və bundan sonra ölkəmiz özünəməxsus mədəniyyəti və ənənələri ilə Aİ-nin uğurlarına mühüm töhfə verəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.