Bakının Nəsimi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, 1991-ci il təvəllüdlü Murad Qulam oğlu Həsənovun idarə etdiyi motosiklet avtomobillə toqquşub.
Qəza zamanı xəsarət alan H.Muradov təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.