AZ

Professor Rövşən Novruzoğlu qərardan şikayətçidir

Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun professoru, Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin keçmiş direktoru Rövşən Novruz oğlu Vəliyevin (Rövşən Norvruzoğlu) barəsindəki qərardan kassasiya şikayəti verilib.   

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq. 

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rövşən Vəliyev 6 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. Bakı Apellyasiya Məhkəməsi Rövşən Vəliyevin şikayətini təmin etməyib.

 

Qeyd: Ona Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib.

 

İttihama görə, Rövşən Vəliyev dələduzluq yolu ilə 80 min manatdan çox pulu ələ keçirib.

 

Xatırlatma: Rövşən Vəliyev 2007-ci ildə də dələduzluq, mənimsəmə ittihamı ilə həbs olunmuşdu.

 

Kamal Məmmədov

 

Tarix: 10 May 2024, 08:43   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla