AZ

"Ermənistan ayağısürüşkən sevgilidir"

"Ermənistan

Rusiyanın tarixi Azərbaycan torpaqlarında yaratdığı Ermənistan
Rusiyaya olan mənəvi və fiziki varlığına görə borcunu ona xəyanət etməklə ödəyir.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.

Onun sözlərinə görə, Azərbaycanın öz əzəli torpaqlarını azad etməsinin günahını Rusiyada görən Ermənistan, əsl həqiqəti qəbul edib, Azərbaycanın haqq işinə mane olmayan Rusiyaya meydan oxuyur. Bunun cavabını özünə yeni sahiblər axtarmaqla verir. Rusiyalı analitiklərin dediyi misal vardır: "Ermənistan ilə Rusiya sevgilidirlər, amma Ermənistan ayağı sürüşkən sevgilidir."

Bu baxımdan Ermənistan ona arxa durmayan Rusiyadan inciyib özünə başqa himayədarlar axtarışına çıxıb:

"Ermənilər hər zaman xəyanətkar olub. Onlar Osmanlı dövlətinə də xəyanət etmişdilər. Varlıqları boyu ancaq onları himayə edənlərə xəyanət edən ermənilər azərbaycanlıları da arxadan vurmuş, onlara qarşı soyqırım etmişdi. Bir sözlə, Ermənistan yenə özünün ən yaxşı bacardığı işi edir.
Xəyanət!"

Cavid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
xalqcebhesi.az

1Mənbələr