“Avropa İttifaqına üzvlük, hər şeydən əvvəl, qələbəmizi möhürləməyə, təkcə silahların deyil, həm də iqtisadi əlaqələrin köməyi ilə daimi fasiləsiz sülhü təmin etməyə imkan verəcək yoldur. Bu gün biz Avropa İttifaqı ilə danışıqlar prosesinə başlamaq üçün rəsmi qərarın qəbulu ərəfəsindəyik”.

İndex.azŞərqi Avropa bürosunun məlumatına istinadən xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müavini, Avropa məsələləri üzrə nazir Olqa Stefanişina Kiyevdə keçirilən beynəlxalq sammitin yekununda keçirdiyi brifinqdə bildirib.

“Avropa Birliyinə səyahətimizin bu mərhələsində qonşu ölkələrlə tərəfdaşlığın inkişafını özümüz üçün prioritet qoymuşuq. Bunlar Polşa, Macarıstan, Rumıniya, Slovakiya, hətta Bolqarıstan (Qara dənizdə qonşu) kimi ölkələrdir. Avropa Birliyinin üzvü olanlar, o cümlədən AB-yə üzvlük prosesində olanlar təkcə bizim dostlarımız deyil, bazardakı rəqiblərimiz də olacaqlar. Ona görə də bu gün əlaqələrimizin inkişafının prioriteti məhz bu məsələnin regional aspektidir”, – nazir vurğulayıb.

O.Stefanişina qeyd edib ki, parlament müzakirələr zamanı əvvəlki sazişlərdən fərqli olaraq, dəyəri yüz milyonlarla olan regionlararası əməkdaşlıq layihəsinə yol açan dörd əsas sazişi ratifikasiya edib: “Avropa ilə birgə olacaq bu layihələr Ukraynanın işğal altında olmayan bütün ərazisində həyata keçiriləcək. Əvvəllər bunlar yalnız sərhəd bölgələri idi, lakin bu gündən etibarən Xarkov, Odessa, Nikolayev və Dnepr iştirak edə biləcək”.