AZ

Burada hamı qonşuya baxıb çiyələk əkir - VİDEO

Burada hamı qonşuya baxıb çiyələk əkir - VİDEO

Bura Naxçıvanın Babək rayonunun Zeynəddin kəndidir. Zeynəddin kəndi geniş təsərüfat sahələri və zəhmətkeş insanları ilə seçilən kəndlərdəndir. Zeynəddin kəndi bir çox adəti ilə yanaşı, muxtar respublikada becərilən çiyələyi ilə məşhur bir kənddir. Bu kəndin sakinlərinin hamısı həyətyanı sahələrində məhz çiyələk əkirlər.

Sonxeber.az xəbər verir ki, kənd sakinləri "Apa TV"yə maraqlı adətləri ilə bağlı danışıblar. Onlar deyir ki, bu kənddə çiyələk əkmək adətə çevrilib. Yemək və satmaq üçün əkənlərdə var.

"Hər bir həyətdə və evdə özlərinin yeməyi üçün çiyələk əkilib. Sanki Zeynəddin kəndində bir adət halını alıb. Mən həyətimdə etmirəm və digər qonşularda baxaraq bununla məşğul olmağa başlayırlar".

Burada kişilər ilə yanaşı qadınlarda təsərrüfat ilə məşğul olur:

"Əvvəllər belə deyildi. Amma indi hamının çöl və pay torpağında əkilənlər ancaq çiyələkdir. Bizim kənddə çiyələk çoxdur. Bununla yanaşı, bu adət geniş yayılıb. Çiyələkdən xeyir görənlər və bununla ailəsini saxlayanlar az deyil. Çiyələk məhsulu çox verir. Hamı istəyir ki, ondan istidsdə etsin".

Ətraflı "Apa TV"nin süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla