AZ

Nigeriyada "Lassa" epidemiyası 4 ayda 156 nəfərin həyatına son qoyub

Nigeriyada "Lassa" epidemiyası 4 ayda 156 nəfərin həyatına son qoyub

Nigeriyada heyvanlardan insanlara keçən və ölümlə nəticələnə bilən "Lassa" epidemiyası səbəbindən 4 ayda 156 nəfər ölüb.



Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) tərəfindən verilən açıqlamada 1 yanvar - 28 aprel tarixləri arasında "Lassa" epidemiyasının paytaxt Abuca ilə yanaşı 28 ştata da yayıldığı bildirilib.

Açıqlamada qeyd olunub ki, bu müddət ərzində 857 "Lassa" qızdırması aşkarlanıb, epidemiya səbəbindən 156 nəfər ölüb.

Qeyd edək ki, ötən il ölkədə 1170 "Lassa" qızdırması aşkarlanıb, 219 nəfər ölüb.

Xatırladaq ki, Nigeriya hökuməti 2023-cü ilin fevralında Lassa qızdırmasının yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

Siçan nəcisi ilə təmas nəticəsində yaranan xəstəlik insandan insana keçir və ölümcül hemorragik qızdırmaya səbəb olur.


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
4
Mənbələr
Şərh ()
Bağla