AZ

"Qarabağ"ı bu iki klubdan birinə dəyişə bilər

"Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia bir neçə Fransa klubunun maraq dairəsinə düşüb.

Sportinfo.az xəbər verir ki, bu barədə Əlcəzairin "Fennec Football” portalı məlumat yayıb.

İddiaya görə, 29 yaşlı futbolçu ilə başqa Avropa klubları maraqlansa da, o, Liqa 1-ə qayıtmağa üstünlük verir. Bu baxımdan Benzia üçün iki versiya ortaya çıxır: onun ilk klubu, yetirməsi olduğu "Lion” və "Nitsa”.

Buna baxmayaraq, "Qarabağ”la müqaviləsi 2025-ci ilin yayına qədər olan Benzia klubunu dəyişməyi təxirə salmaq qərarına gəlib.

O, diqqətini Əlcəzair millisinin Qvineya (6 iyun) və Uqanda (10 iyun) ilə qarşıdakı matçlarına yönəltmək istəyir. Benzianın sözügedən görüşlər üçün milliyə çağırılacağı gözlənilir./

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla