AZ

İsrail Rəfah əməliyyatından imtina etməyəcək

ABŞ-ın silah tədarükünü dayandıracağı ilə bağlı hədələrinə baxmayaraq, İsrail Rəfah əməliyyatından imtina etməyəcək.

“İki sahil” xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu xalqa müraciətində deyib.

"İsrailə tək dayanmaq lazımdırsa, o, tək duracaq. Lazım gələrsə, dırnaqlarımızla da mübarizə aparacağıq", - deyə baş nazir bildirib.

O, Qəzzada indiki müharibəni 1948-ci ildə İsrailin müstəqillik müharibəsi ilə müqayisə edib.

"O vaxtda İsrailə də silah embarqosu tətbiq olunub, amma biz qalib gəldik. Bu gün biz daha güclüyük", - deyə B.Netanyahu bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla