AZ

Ukrayna gizli yeraltı zavodlarda bu silahları istehsal edir

Ukrayna silah istehsal etmək üçün gizli yeraltı zavodlar şəbəkəsi qurub.

Axar.az xəbər verir ki, bu barədə İspaniyanın “El Mundo” qəzeti yazıb.

Nəşrin mənbələri iddia edir ki, Ukrayna fabrikləri sursat və zirehli maşınlar istehsal etməyə davam edir, lakin müharibənin ilk günlərində geniş dağıntılar səbəbindən hazırda yerin altına köçürülüb. Bəzi fabriklər tamamilə yer altındadır, digərləri sadəcə kamuflyaj olunur: nəhəng "bəzək"lərlə gizlədilir.

Qeyd olunur ki, belə bir şəbəkəni Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin qurub.

Bildirilib ki, fabriklər döyüş sursatı, pilotsuz təyyarələr, “Kozak” zirehli transportyorları, “Neptun” raketləri və tank əleyhinə “Stuqna” raketləri istehsal edir. Həmçinin, Ukrayna müdafiə sənayesindəki mənbə bildirib ki, 2023-cü ildə istifadəyə verildikdən sonra istehsal həcmi üç dəfə artıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
1
Mənbələr
Şərh ()
Bağla