AZ

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda klassik musiqi konserti təşkil edilib

Ulu

Bakı, 10 may, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Bağı-Park Bulvar”da geniş rayon ictimaiyyətinin iştirakı ilə möhtəşəm konsert təşkil edilib.

AZƏRTAC xəbər verir ki, konsertdə rayon icra hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı Könül Nurullayeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər.

Konsertdə dahi bəstəkarlar Üzeyir Hacıbəyli, Niyazi, Fikrət Əmirov, Qara Qarayev, Müslüm Maqomayevin əsərləri beynəlxalq müsabiqələr laureatı, Prezident mükafatçısı Mustafa Mehmandarovun dirijorluğu ilə “Scorrendo” orkestrinin müşayiətində səsləndirilib. Xalq artistləri Samir Cəfərov və Fidan Hacıyeva, Əməkdar artist Arzu Əliyeva, Prezident mükafatçısı Atəş Qarayev Ulu Öndər Heydər Əliyevin sevdiyi xalq mahnılarını, dünya klassik musiqisindən nümunələri ifa ediblər.

Böyük maraqla qarşılanan konsert Samir Cəfərovun görkəmli bəstəkar Müslüm Maqomayevin “Azərbaycan” mahnısını ifa etməsi ilə yekunlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
5
azertag.az

6Mənbələr